Banner

Vakansiyalar

"Kontakt Home" işçi axtarır - VAKANSİYA

"Kontakt Home" işçi axtarır - VAKANSİYA | FED.az
20:26 9 Fev 2021

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Vakansiya: Nəqliyyat üzrə koordinator

Tələblər:

• Ali təhsil;
• Nəqliyyat və ya logistika sahəsində ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan dilini səlis bilməli, rus dili biliyi arzu olunandır;
• Ciddi, məsuliyyətli və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. Kollektivlə işləmə bacarığı;
• Təşəbüskarlıq, dəqiqlik, dürüstlük və məntiqi düşünmə bacarığı.

Vəzifələr:

• Nəqliyyatla bağlı uçotun aparılması və hesabatların verilməsi;
• Sürücülərin xüsüsi qrafiklərinin hazırlanması;
• Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılması;
• Nəqliyyat vasitələrin idarəedilməsi üçün etibarnamələrin təşkil edilməsi və uçotunun aparılması;
• Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsi;
• Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi və lazım olduqda təmirinin təşkil edilməsi.

İş barədə məlumat:

• Əmək məcəlləsinə uyğun sənədləşmə;
• İş qrafiki: I-VI günlər.

Müraciət üçün - https://glorri.com/abc-telecom/602290e2991d645ab3674dca-N%C9%99qliyyat%20%C3%BCzr%C9%99%20koordinator?source=Company

Banner

Digər xəbərlər