"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Şikayətlər üzrə inzibatçı
Vəzifələr:
• Müştərilərin iradlarını qeydə alaraq həll etməli;
• Qeydə alınan iradların hesabatını aparmalı;
• Digər şöbənin əməkdaşları ilə daim ünsiyyətdə olmalı;
• Digər şöbələrdən daxil olan iradların araşdırmasını və qeydlərini aparmalı;
• Müştərilərin məmnuniyyətini yoxlamalı.
Zəruri tələblər:
• Ali təhsilli;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• 1C proqramını bilmək vacibdir;
• Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
• Kollektivdə komanda ilə işləmə bacarığı;
• Məsuliyyətli və inkişafa meyilli olmalı;
• Stresə davamlı olmalı.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 09:30-dan 18:30-dək, hər 3 gündən bir istirahət günüdür
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
ttps://qlor.me/kjxwlfj4