"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Korporativ satışlar üzrə kiçik mütəxəssis
Vəzifə öhdəlikləri:
• Korporativ satışların rəsmiləşdirilməsi (müqavilə hazırlanması, QRP, invoice yazılması, bu sənədlərin çapı və təsdiq edilib qarşı tərəfə göndərilməsi).
Tələblər:
• Ali təhsi;
• Excel proqramı üzrə biliklər.
İş barədə məlumat:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı: 500 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.