"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Qrafik Dizayner
Vəzifələr:
• Marketinq layihələrinin vizuallaşdırılması;
• Mağaza fasadları üçün düzgün ölçüdə və miqyasda logoların və mockup faylların hazırlanması;
• Çöl reklamlarının, daxili bannerlərin, flyerlərin dizaynının hazırlanması və resize olunması;
• Digər poliqrafik məhsulların hazırlanması.
Tələblər:
• Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
• Brandbookla işləmə təcrübəsi və bacarığı;
• Mətbəə və digər prodakşn şirkətlərində təcrübəli namizəd olmalıdır;
• Reklam materiallarını tanımalı və istifadə qaydasını bilməlidir;
• Photoshop, Corel Draw, Adobe Illustrator və İndesign proqramlarını yüksək səviyyədə bilməli;
• Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi;
• Tapşırıq üzrə funksional həllər təklif etməyi bacarmalıdır;
• Detallara qarşı diqqətli olmalıdır.
İş şəraiti:
• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə;
• İş qrafiki: I-V günlər, 09:00 - 18:00;
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://glorri.com/abc-telecom/5fe31caef8e2ee0ea11497c4-Qrafik%2Bdizayner?sources=Jobsearch