Vacancy: Daxili Auditor
Vəzifə öhdəlikləri:
• Əsaslı analitik prosedurlarını həyata keçirilmək və rəhbərliyə məruzə etmək;
• Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək;
• Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq;
• Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
• Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək;
• Müvafiq audit hesabatların hazırlanması;
• Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
• Auditlə bağlı digər tapşırıqları həyata keçirilmək.
Tələblər:
• Ali təhsil dərəcəsi;
• Şirkətə məxsus olan biznes proseslərə dair təcrübə və biliklər;
• Microsoft Office – təcrübəli istifadəçi;
• Daxili Audit, Beynəlxalq Peşəkar Təcrübələr Çərçivəsi və Etik Məcəllə haqda kifayət qədər biliklər və anlayışlara malik olmaq;
• Komanda şəklində iş bacarığı;
• Güclü analitik bacarıqları;
• Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
• İş ilə bağlı səyahət etmək imkanı.
Arzu olunan tələblər:
• 1C proqramı üzrə biliklər
• Excel proqramı üzrə yüksək səviyyədə biliklər
• Rus dili arzu olunandır;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.