Vakansiya ilə maraqlanan şəxslər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Regional və şəhərdaxili filiallar arasında sifarişlərin yerdəyişməsinin təşkili və təmin edilməsi;
- Məhsul üzrə menecerlərin göstərişi ilə anbara göndərilən, gözləmədə olan, müştəri ünvanından təhvil alınmış məhsulların qəbulu, komplektasiyasının və əmtəə görünüşünün yoxlanılması;
- Qəbul edilən məhsulların vəziyyəti barədə aidiyyatı struktur və əməkdaşlara məlumatın verilməsi və qüsurlu məhsulların müvafiq struktur bölmələrinin rəyinə əsasən outlet anbarına göndərilməsi;
- Texniki xidmət mərkəzindən anbara təhvil verilən məhsulların qablaşdırılmasının təşkili;
- Satışa yararlı məhsulların təyinatı üzrə outlet mağazalara bölgüsünün təşkili;
- Texniki xidmət mərkəzinin müraciətinə əsasən təmirdə olan məhsulun donor ilə təmin edilməsi;
- Mail və şifahi müraciətlərin operativ cavablandırılması;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- 2 il və daha çox iş təcrübəsi;
- Microsoft Office, 1C, Micro yazılım və Outlook proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dili səlis, Rus dili biliyi arzu olunandır;
- Nizam intizamlılıq, məsuliyyətlilik, dəqiqlik.
İş şəraiti:
- 6 gün iş, 1 gün istirahət;
- Saat: 09:00 - 18:00.