Kontakt Home
Baş mühasib
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-600-800-1000 manat - 24 VAKANSİYA
Son tarix 14 avq 2022 - Müraciət et
"Kontakt Home" mağazalar şəbəkəsi Kontakt Kosmetika departamentinə Baş mühasib vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibatlıq uçotunun təşkili və aparılması;
- Vergi uçotunun təşkili və müvafiq vergi hesabatların verilməsi;
- Müvafiq mühasibatlıq hesabatlarının (P&L, Balance sheet və s.) hazırlanması;
- Tabeliyində olan struktur bölməsinin effektiv işinin təşkili və nəzarətin edilməsi;
- Perspektivdə həll olunması vacib olan maliyyə problemlərinin müəyyən edilməsi və bu problemlərin həlli yolları haqqında təkliflərin verilməsi, istifadəsi zəruri olan maliyyə imkanlarının müəyyən edilməsi;
- Şirkətin maliyyə-iqtisadi vəziyyətinin əsas göstəricilərinin planlanması;
- Şirkətin maliyyə-iqtisadi vəziyyətinin təhlil edilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Vergi məcəlləsi üzrə biliklər;
- Səlis Azərbaycan dili, Rus və İngilis dilləri biliyi orta səviyyədə;
- Kompüter bilikləri (MS Office, BTP və 1C proqramları ilə işləmə bacarığı);
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Startup təcrübəsi arzu olunandır;
- Mühasibatlıq sisteminin (ERP) tətbiq olunmasında təcrübə arzu olunandır;
- ACCA sertifikatı arzuolunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.