Vakansiya: Satınalma üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Hesabatların hazırlanması və analiz olunması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan, Rus və İngilis dilləri biliyi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Satınalma üzrə vacib olan hüquqi biliklər;
- Xarici bazar biliyi;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün bu linkə daxil ola bilərsiniz: https://glorri.com/abc-telecom/62ac29558642a06d7428e4a4-Sat%C4%B1nalma%20%C3%BCzr%C9%99%20apar%C4%B1c%C4%B1%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources=jobsearch