Vakansiya: İnsan resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- İşə qəbul edilən işçilərin müqavilələrinin hazırlanması, şəxsi işlərinin yaradılması;
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin Elektron informasiya sistemi (E-GOV) uyğun olaraq vaxtında daxil edilməsi;
- İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
- Məzuniyyət, intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi.
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişinin həyata keçirilməsi;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
- İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 2 illik iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
- Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilməli;
- MS Office Excell proqramını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Azərbaycan dili yüksək səviyyədə, rus dili arzuolunandır;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
İş qrafiki: 5 günlük, I – V günlər 09:00-18:00,
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə (https://glorri.com/abc-telecom/622b460fac82e140ee9b437c-%C4%B0nsan%20resurslar%C4%B1%20%C3%BCzr%C9%99%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources=jobsearch) daxil olaraq vakansiyaya müraciət edə bilərlər.