Satınalma üzrə kiçik mütəxəssis
Son tarix 09 apr 2022
Vəzifə öhdəlikləri:
-
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
-
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
-
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
-
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
-
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
-
Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
-
Hesabatların hazırlanması və analiz olunması.
Tələblər:
-
Ali təhsil;
-
Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
-
Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
-
Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
-
Satınalma üzrə vacib olan ümumi hüquqi biliklər;
-
Komanda ilə işləmək bacarığı;
-
Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.