Satış Direktoru
Son tarix 25 dek 2021
Vəzifə öhdəlikləri:
-
Aylıq, həftəlik və illik satış hədəflərini təyin etmək və idarə etmək;
-
Marketing strategiyalarının, trendlərin analiz və nəticələrinin gəlir planının təhlilini aparmaq;
-
Regionlar və ərazilər üzrə illik satış kvotalarını proqnozlaşdırmaq və inkişaf etdirməklə satış məqsədlərini müəyyən etmək;
-
Mövcud və yeni məhsullar üçün satış həcmini və mənfəətini proqnozlaşdırmaq;
-
Satış qiymətlərinin müəyyən edilməsi üçün bazar araşdırması aparmaq;
-
Bazar tələblərini və rəqabət mühitini aşkarlamaq;
-
Rəqibləri , bazarda tələbatını, dəyişkən tendensiyaları araşdıraraq satış həcmini yüksəkdə saxlamaq;
-
Müştəri bazasının genişləndirilməsi məqsədi ilə strateji plan hazırlamaq və icra edilməsinə nəzarət;
-
Korporativ müştərilərlə menecment səviyyəsində əlaqələr yaratmaq;
-
Müştəri ehtiyac və məqsədlərini aşkarlamaq üçün onlarla daim ünsiyyətdə olmaq;
-
Güclü, uzunmüddətli şirkət və müştəri münasibətlərini yaratmaq, inkişaf etdirmək və idarə etmək;
-
Satış komandasının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
-
Komandanın motivasiyasının yüksək saxlanılması üçün təkliflər hazırlamaq və komandanın hədəflərinə çatmasında lazımı dəstəyi təmin etmək;
-
Satış sonrası müştəri məmuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;
-
Xərcləri, rəqabəti, tələb və təklifi izləməklə satış qiymətlərini düzgün təyin etmək və tənzimləmək;
-
İş nəticələrinə əsasən işçilər üzrə iş yükünü bölüşdürərək və sxemləşdirərək yerli satış proseslərinin tələblərini yerinə yetirmək;
-
Satış, mühasibatlıq və əməliyyat şöbələri ilə birgə iş quraraq satış tələblərini yerinə yetirmək;
-
Marketinq və satış arasında olan sıx və ardıcıl əlaqənin yaradılması ilə KPİ hesabatlarının verilməsi;
-
Aparılan analitik hesabatlar vasitəsi ilə potensial müştərilər haqqında məlumatların keyfiyyətini yoxlamaq.
Tələblər:
-
Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
-
Ümumi satış təcrübəsi 5-8 il, rəhbər təcrübəsi ən azı 3 il;
-
Azərbaycan və Rus dillərində mükəmməl yazma və ünsiyyət bacarığı, İngilis dili yaxşı;
-
MS Office proqramlarından istifadə etmək bacarığı;
-
Məlumatların təhlili, hesabatların hazırlanması və tendensiyalar əsasında strateji qərarların verilməsi sahəsində təcrübəsi olmalıdır;
-
Qısa müddət ərzində bir neçə layihəni eyni anda idarə etmə bacarığı;
-
Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
-
Satış sahəsi üzrə nəzəri və praktiki bilgiləri, komanda idarəedilməsi bacarığı olmalıdır;
-
Yüksək səviyyədə ünsiyyət qurma və təqdim etmə bacarığı.