Vakansiya: Satış məsləhətçisi (Quba, Mingəçevir, Zaqatala)
Tələblər:
• Satış təcrübəsi arzu olunandır
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
Vəzifələr:
• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Satış Məsləhətçisi (Quba): https://qlor.me/ku7y51p2
Satış Məsləhətçisi (Mingəçevir): https://qlor.me/ku7y629x
Satış Məsləhətçisi (Zaqatala): https://qlor.me/ktu16a83