İşə qəbul üzrə mütəxəssis (Recruiter)
Vəzifə öhdəlikləri:
Bu şirkətlər işçi yığır: əmək haqqı 400 - 4000 manat - 27 VAKANSİYA
• Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
• Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
• Gündəlik müsahibə cədvəlinin aparılması;
• Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
• Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
• Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
• İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
• İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
• İnsan Resursları sahəsində iş təcrübəsi, o cümlədən işə qəbul müsahibələrinin aparılmasında təcrübə - 1 ildən artıq;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• Word, Excel və Outlook proqramlarını yüksək səviyyədə bilməli;
Şəxsi keyfiyyətlər:
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- İş günləri: I-V günlər
- İş saatı: 09:00-18:00
- Rəqabət qabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kp2mljb0