Vakansiya: İnsan resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• İş vaxtı uçotunun aparılması;
• Əmək haqların hesablanması üçün məlumatların toplanması və sistemə daxil edilməsi;
• Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və müvafiq orqanlara təqdim olunması;
• İnsan Resursları üzrə statistik məlumatların hazırlanması;
• Vəzifə təlimatlarının tərtib olunması;
• İnsan Resursları üzrə prosedur, qayda və standartların inkişaf etdirilməsi;
• Şikayətlərin araşdırılması;
• İntizam prosesinin aparılması.
Tələblər:
• Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
• İnsan Resursları sahəsində iş təcrübəsi - 2 ildən artıq;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
Şəxsi keyfiyyətlər:
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Korporativ telefon;
- Şirkətin məhsullarını güzəştli qiymətlərlə almaq imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kmgenrdx