"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vacancy: SMM üzrə inzibatçı
Vəzifə öhdəlikləri:
• Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətləri (şərh və məktubları) cavablandırmaq;
• Müştəri məmnuniyyətini təmin etmək;
• Satış yönümlü yazışma aparmaq;
• Sosial mediada şirkət haqqda rəyləri monitorinq etmək;
• İş keyfiyyətini mütəmadi olaraq artırmaq.
Tələblər:
• Ən azı orta ixtisas təhsili olmalı;
• Azərbaycan və rus dillərini şifahi və yazılı əla səviyyədə bilməli;
• Fikrini səlis ifadə etməyi bacarmalı;
• Mehriban, səmimi və köməksevər olmalı;
• Punktual və pozitiv olmalı;
• Şəxsi inkişafa yönümlü olmalıdır;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Marketinq sahəsində karyera yüksəlişi imkanları
- Rəqabətqabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/km66zoyh