Kontakt Home
Korporativ hüquqşünas
Son tarix 23 noy 2025 - Müraciət et
Təsvir
- Müxtəlif növ müqavilələrin tərtib edilməsi, təqdim olunan müqavilələrin, o cümlədən xarici elementli müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi, digər hüquqi sənəd layihələrinə dair rəylərin verilməsi;
- Yerli və xarici təchizatçılar tərəfindən təqdim edilmiş forumların, anketlərin doldurulması və cabalandırılması;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin təsis sənədlərindəki dəyişiklik və əlavələrin dövlət qeydiyyatına aldırılması;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
- Aidiyyəti məsələlərə dair hüquqi rəyləri hazırlamaq;
- Vəzifə öhdəliklərinə aid olan digər vəzifələrin icra edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali hüquq təhsili;
- Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi
- Azərbaycan, rus dillərində sərbəst işləmək bacarığı, ingilis dili biliyi arzu olunandır;
- Xüsusi tələblər: mülki hüquq, korporativ hüquq, müqavilə institutunu sahələrində mükəmməl nəzəri və praktiki biliklər;
- Xarakterik tələblər: komandada işləmə bacarığı, kommunikasiyaya asan girmək qabiliyyəti, ünsiyyətcil, səbirli, soyuqqanlı, məsuliyyətli
- Məsuliyyətlilik, ünsiyyətçilik, inkişafa meyillilik, təşəbbüskarlılıq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Əmək haqqı 2000 - AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.