Mağaza Direktoru (Zaqatala)
Son tarix 30 dek 2021
Vəzifələr:
-
Mağaza daxili fəaliyyətin təşkil edilməsi;
-
Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edilməsi;
-
Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
-
Mal qalıqlarına nəzarət və uçotun aparılması;
-
Assortimentin və satışın analizi;
-
Daxili inventarizasiyanın aparılması;
-
Müştərilərlə iş.
Zəruri tələblər:
-
Kredit sahəsində 3 il iş təcrübəsi;
-
MS Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzuolunandır;
-
Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır.
Şəxsi keyfiyyətlər:
-
Liderlik xüsusiyyətləri;
-
Yaranmış problemləri həll etmə bacarığı;
-
Nəticə yönümlülük;
-
Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
-
Komandada işləmək bacarığı.
Operator (Hissəvi ödəniş bölməsi)
Son tarix 30 dek 2021
Vəzifələr:
-
Ünvanlanan maillərin tez və dəqiq şəkildə cavablandırılması;
-
Kredit üzrə mütəxəssisi tərəfindən göndərilən müştəriyə aid məlumatların yoxlanılması (iş yeri, AKB);
-
Mikro sistemdə virtual mebelin yaradılması;
-
Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
-
Azərbaycan dilini səlis bilməli (Rus dili arzu olunandır);
-
Ali təhsilli;
-
Ofis proqramları bilikləri (Word, Excel, Outlook);
-
Stresə davamlı olmalı;
-
Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
İş rejimi: hər 3 gündən bir istirahət günü; növbəli iş qrafiki 09:00-18:00 / 12:00-21:00;
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Karyera yüksəlişi imkanı;
-
Əmək haqqı: 500 AZN;
-
Qeyd: İş yeri baş ofis olacaq.
Hüquqşünas (Problemli Kreditlər şöbəsi)
Son tarix 30 dek 2021
Vəzifə öhdəlikləri:
-
Müxtəlif hüquqi sənədlərin hazırlanması;
-
Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi;
-
Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək;
-
Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək;
-
Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq;
-
Müvafiq məlumat bazası yaratmaq;
-
Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək;
-
Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
-
Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
-
Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər.
Tələblər:
-
Təhsil: Ali (Hüquq təhsili);
-
Azərbaycan dilini səlis, rus dili orta səviyyədə bilməlidir;
-
Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
-
Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
-
Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-
İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşə qəbul və talantların idarə olunması üzrə mütəxəssis
Son tarix 30 dek 2021
Vəzifə öhdəlikləri:
-
Şirkətin brendini tanıtmaq və İR tədbirlərində şirkəti təmsil etmək. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkəti təmsil etmək;
-
Mövcud vakansiyaları təhlil etmək, vakant vəzifələrə elan materialını hazırlamaq, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsini təmin etmək;
-
Daxil olan CV müraciətlərini vəzifə tələbləri üzrə əvvəlcədən yoxlamaq və potensial namizədləri siyahıya almaq;
-
İşçi qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılmasını təmin etmək.
-
İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatlar hazırlamaq;
-
İşə götürmə agentlikləri ilə tərəfdaşlıq qurmaq. Talant bazarı ilə yaxından tanış olmaq;
-
İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
-
Şirkətin namizəd bazasını yeniləmək və genişləndirmək.
Tələblər:
-
Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
-
İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
-
Həm daxili, həm də xarici talantların cəlb olunması vəzifəsində 1 ildən 3 ilə qədər təcrübə;
-
CIPD, SHRM və digər sertifikatlar əlavə üstünlükdür;
-
Səlis Azərbaycan və Rus dili biliyi;
-
İngilis dili biliyi üstünlükdür;
-
MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word);
-
Güclü ünsiyyət bacarığı;
-
Analitik düşünmə qabiliyyəti;
-
Nəticə yönümlü.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Satış məsləhətçisi (Zaqatala, Bərdə, Quba, Göyçay, Gəncə)
Son tarix 30 dek 2021
Tələblər:
-
Satış təcrübəsi arzu olunandır;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-
Satış qabiliyyəti olmalı..
Vəzifələr:
-
Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
-
Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
-
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
-
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Karyera yüksəlişi imkanı;
-
Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Satış Məsləhətçisi (Zaqatala): https://qlor.me/ktu16a83
Satış Məsləhətçisi (Bərdə): https://qlor.me/kumb1kwt
Satış Məsləhətçisi (Quba): https://qlor.me/kwlnqpus
Satış Məsləhətçisi (Göyçay): https://qlor.me/kwlnrecc
Satış Məsləhətçisi (Gəncə): https://qlor.me/kwlnz0ig