Vakansiya: İrad zənglərinin qəbulu üzrə inzibatçı
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;
- Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
- Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
- Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
- Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: 5 iş günü, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00 / 12:00-21:00 (növbəli).
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://glorri.com/abctelecom/634695c06bc5ea42f1a1f30e%C4%B0rad%20z%C9%99ngl%C9%99rinin%20q%C9%99bulu%20%C3%BCzr%C9%99%20inzibat%C3%A7%C4%B1%20?sources=JobSearch