Kontakt Home
Koordinator köməkçisi
Son tarix 28 noy 2022
Vəzifə öhdəlikləri:
- Regional və şəhərdaxili filiallar arasında sifarişlərin yerdəyişməsinin təşkili və təmin edilməsi;
- Məhsul üzrə menecerlərin göstərişi ilə anbara göndərilən, gözləmədə olan, müştəri ünvanından təhvil alınmış məhsulların qəbulu, komplektasiyasının və əmtəə görünüşünün yoxlanılması;
- Qəbul edilən məhsulların vəziyyəti barədə aidiyyatı struktur və əməkdaşlara məlumatın verilməsi və qüsurlu məhsulların müvafiq struktur bölmələrinin rəyinə əsasən outlet anbarına göndərilməsi;
- Texniki xidmət mərkəzindən anbara təhvil verilən məhsulların qablaşdırılmasının təşkili;
- Satışa yararlı məhsulların təyinatı üzrə outlet mağazalara bölgüsünün təşkili;
- Anbarlararası yerdəyişmələrin sistem üzərində həyata keçirilməsi;
- Texniki xidmət mərkəzinin müraciətinə əsasən təmirdə olan məhsulun donor ilə təmin edilməsi;
- Anbar müdiri və müdir müavinin verdiyi tapşırıqların vaxtında və dəqiq icra olunması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili səlis;
- 1C və Microsoft Office proqramları üzrə biliklər (xüsusilə Excel);
- İşində diqqətlilik və məsuliyyət;
- Komandada işləmə bacarığı;
- Stresli iş şəraitinə davamlılıq;
İş şəraiti:
- İş günləri: I-VI günlər
Qeyd: Vakansiya ilə maraqlanan şəxslər aşağıda qeyd olunmuş linkə daxil olaraq müraciətlərini edə bilərlər.
Satış məsləhətçisi (Zaqatala)
Son tarix 28 noy 2022
Təsvir:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
- İş rejimi: Növbəli
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Tələblər:
- Satış təcrübəsi arzu olunandır
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Bazar araşdırması üzrə mütəxəssis
Son tarix 28 noy 2022
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş marketinq araşdırması layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
- Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
- Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
- Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
- Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
- Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
- Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, statistika üzrə təhsil arzu olunandır);
- Müvafiq sahə üzrə iş təcrübəsi – 2 ildən;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Microsoft Power BI/Tableau üzrə biliklər;
- Araşdırma və tədqiqat bacarıqları;
- Statistikada nümunələri qeyd etmək bacarığı;
- Təşkilati və təqdimat bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Satış məsləhətçisi (Cəlilabad)
Son tarix 28 noy 2022
Təsvir:
- Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
İş şəraiti:
- İş rejimi: növbəli
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar;
- Karyera yüksəlişi imkanı.
Tələblər:
- Satış təcrübəsi arzu olunandır
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Mağaza direktoru (Zaqatala)
Son tarix 28 noy 2022
Təsvir:
- Mağaza daxili fəaliyyətin təşkil edilməsi;
- Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edilməsi;
- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
- Mal qalıqlarına nəzarət və uçotun aparılması;
- Assortimentin və satışın analizi;
- Daxili inventarizasiyanın aparılması;
- Müştərilərlə iş.
Tələblər:
- Kredit sahəsində 3 il iş təcrübəsi;
- MS Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzuolunandır;
- Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır.
Şəxsi keyfiyyətlər:
- Liderlik xüsusiyyətləri;
- Yaranmış problemləri həll etmə bacarığı;
- Nəticə yönümlülük;
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
- Komandada işləmək bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.