Kollekta MMC
Korporativ hüquqşünas
Son tarix 03 okt 2026 - [email protected]
Kollekta MMC hüquqi məsələlərin effektiv idarə olunması, müqavilə və korporativ hüquq proseslərinin təmin edilməsi məqsədilə peşəkar və məsuliyyətli Korporativ Hüquqşünas axtarır.
Vəzifə öhdəlikləri
- Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələrin hazırlanması, hüquqi ekspertizası və müqavilə reyestrinin aparılması;
- Təşkilatın maliyyə əməliyyatları, borcların idarə edilməsi və kolleksiya fəaliyyəti ilə bağlı daxili qayda, prosedur, təlimat və əsasnamələrin hüquqi ekspertizasının həyata keçirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Müştərilər, tərəfdaşlar və digər hüquqi şəxslərlə bağlanan müqavilələrin hüquqi risklərinin qiymətləndirilməsi və risklərin minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması;
- Təşkilatın tərəf olduğu müqavilələrə hüquqi rəy verilməsi və müəyyən edilmiş qaydada hüquqi viza prosedurunun həyata keçirilməsi;
- Etibarnamələrin hüquqi əsaslarının yoxlanılması və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinin təmin olunması;
- Kolleksiya prosesində iştirak edən struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi və borclularla aparılan kommunikasiya və danışıqların hüquqi çərçivədə həyata keçirilməsinə dəstək verilməsi;
- Borclularla bağlı məhkəmə işlərinin başlanılması üçün zəruri sənədlərin toplanması, hüquqi təhlilin aparılması və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi;
- Məhkəmə qərar və qətnamələrinin təhlil edilməsi, zərurət yarandıqda apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və məhkəmə proseslərinin izlənilməsi;
- Təşkilatın fəaliyyətindən irəli gələn hüquqi risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və onların qarşısının alınması üzrə tədbirlərin görülməsi;
- Dövlət və icra orqanları, notariat kontorları və məhkəmələrdə zərurət yarandıqda təşkilatın qanunvericiliyə uyğun qaydada təmsil olunması;
- Hüquqi fəaliyyət üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Hüquqi məsələlərlə bağlı rəhbərliyin və struktur bölmələrin sorğularının cavablandırılması və hüquqi məsləhətlərin verilməsi.
Namizədə tələblər
- Hüquq sahəsində ali təhsil;
- Korporativ hüquq, maliyyə hüququ və ya müvafiq sahədə 3–5 il iş təcrübəsi;
- Kollektor şirkəti, bank və ya BOKT sektorunda hüquq üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, o cümlədən Mülki Məcəllə, İcra haqqında qanunvericilik və maliyyə sektoru üzrə normativ-hüquqi aktları yüksək səviyyədə bilmək;
- Müqavilələrin hazırlanması və hüquqi ekspertizası, məhkəmə və icra prosesləri üzrə praktiki biliklər;
- Güclü analitik düşüncə, hüquqi təhlil və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət;
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
- Azərbaycan dilini mükəmməl bilmək; rus və ingilis dilləri üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Word, Excel, PowerPoint və Outlook-da sərbəst işləmək bacarığı.
İş barədə məlumat
- Əmək haqqı: 1800–2000 AZN NETT
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi
- İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
- Komfortlu və müasir iş mühiti
- Peşəkar və mehriban komanda
- Müasir idarəetmə sistemi və inkişaf imkanları
CV-lərinizi “Korporativ Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.
Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)
Son tarix 03 okt 2026 [email protected]
Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Regionlar üzrə) vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarır.
Vəzifə öhdəlikləri:
- Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi;
- Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq tədbirlərin görülməsi;
- Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi;
- Problemli kreditlərin geri qaytarılması və gecikmiş borcların azaldılması istiqamətində effektiv təqib tədbirlərinin həyata keçirilməsi;
- Borcalanlarla aparılmış görüşlərin, səfərlərin və əldə edilmiş nəticələrin müəyyən edilmiş qaydada sənədləşdirilməsi və sistemə daxil edilməsi;
- Zəruri sənədlərin və məlumatların PKİD üzrə istifadə olunan xüsusi proqram təminatına vaxtında və düzgün yüklənməsi;
- Regionlar üzrə borcluların ünvanlarına həftədə ən azı 2 dəfə planlı vizitlərin həyata keçirilməsi;
- Əlaqəli qurumlarla işgüzar əlaqələrin koordinasiya edilməsi, zəruri məktub və sorğuların hazırlanması və göndərilməsi;
- BOKT-nin daxili təlimat, qayda, prosedur və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
- Görülmüş işlər, həyata keçirilmiş vizitlər, əldə edilmiş nəticələr və kredit portfelinin vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
- Vəzifə üzrə digər tapşırıqların müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun icra edilməsi.
Tələblər:
- İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir;
- Regionlar üzrə aktiv hərəkət və ezamiyyət xarakterli iş rejiminə uyğunluq;
- 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür;
- Güclü ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
- Məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və stressə davamlılıq;
- Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
- Rus dili biliyi üstünlükdür;
- İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 1 600 AZN NETT
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
- İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
- İş formatı: Ofis və regionlar üzrə səyyar fəaliyyət
- Komfortlu iş şəraiti;
- Müasir idarəetmə sistemi;
- Peşəkar və mehriban komanda.
İnkişaf və karyera imkanları.CV-lərinizi “Ünvanda Təqib üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır













