Kila Group
Smetaçı Mühəndis
Son tarix 28 dek 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Layihə və smeta sənədlərinə uyğun material, inventar, işçilik, maşın – mexanizm və s. xərclərinin hesablanması;
- Təyin edilmiş resurslara əsasən maya dəyərinin hesabatı;
- Yerinə yetirilmiş işlər üzrə material resurslarının texniki hesabatlarının tərtibi;
- Smeta sənədlərinə uyğun Forma № 2-lərin hazırlanması;
- Həftəlik, aylıq və yekun hesabatların tərtibi;
- Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
- Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər edilməsi.
Namizədə tələblər:
- Yaş həddi : (26-45) yaş
- İnşaat/Tikinti sahəsi üzrə Ali təhsil;
- Yol, Mülki və Sənaye obyektlərinin tikintisi üzrə ən azı 3 il iş təcrübəsi;
- Smeta sahəsinə tam hakim olmalı və yaranacaq problemlərin həlli üçün öz təkliflərini irəli sürməlidir;
- Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
- Microsoft Office proqramları, büdcə hesablaması üçün gərəkən proqramlardan irəli səviyyədə istifadə bacarığı;
- Analitik düşünmə qabiliyyəti, ünsiyyətcil, komandada işləmə bacarığı;
- Müvafiq sahə üzrə hər hansı təlim keçmiş və sertifikata malik olan namizədlərə üstünlük veriləcək;
- Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi.
İş şərtləri:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Əmək haqqı: ( 1500 + bonus) AZN
CV göndəriləcək emaillər: [email protected] ; [email protected]
Əlaqə : (+994) 77 443 60 01 Tahirə x.