KIJI Car MMC
Satış üzrə baş menecer
Son tarix 22 yan 2026 - [email protected]
Ümumi məlümat:
- Avtomobil sahəsində təcrübəli Satış üzrə baş menecer tələb olunur, komandanı idarə etmək, müştərilərlə peşəkar şəkildə işləmək, onların tələblərini müəyyən etmək, avtomobil brendinin satış strategiyasını effektiv şəkildə planlaşdırmaq və icra etmək, , satışın tam prosesini idarə etmək və şirkətin aylıq satış planının icrasını təmin etmək.
Öhdəliklər:
- Satış prossesini idarə etmək və satış prossesində iştirak etmək, müştəri maraqlarını öyrənmək və onun ehtiyacına uyğun təkliflər etmək;Avtomobillərin yüksək səviyyədə təqdim olunması, xidmətlər barədə geniş məlumat verilməsi;
- Müştərilərdən daxil olan sorğuların cavablandırılması, ilkin məlumatların təqdim edilməsi, uyğun satış imkanlarının qiymətləndirilməsi;
- Satış şöbəsinin fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, məlumatların təhlil edilərək rəhbərliyə təqdim edilməsi;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Avtomobil bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək, rəqibləri izləmək;
- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
- Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznes İdarəetmə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə).
- Avtomobil satışının idarəetmə sahəsində ən azı 3-5 il təcrübə
- Yaş həddi 25-45 arası.
- Avtomobil modelləri və texniki göstəricilər haqqında məlumatlılıq
- Azərbaycan dilində səlis danışıq, rus dillərində sərbəst danışıq və yazışma bacarığı (ingilis dili arzu olunandır)
- Yüksək ünsiyyət bacarığı və inandırıcı təqdimat qabiliyyəti
- Danışıqlar aparmaq, müqavilə bağlamaq;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Aktiv, hədəf yönümlü və komandada idarə etmək bacarığı
- Avtomobil satış prosesləri, müştəri bazasının idarə edilməsi və bazar təhlili üzrə dərin biliklər.
- CRM və DMS sistemləri ilə (məsələn, Salesforce, AutoSoft və ya digər oxşar platformalar) praktiki təcrübə.
Şərtlər:
- Əmək haqqı – 1000+ azn (hər şatışdan bonuslar)
- İş qrafiki: 6 günlük, 09:30 – 18:30. Həftədə bir gün istirahət.
- Ünvan: Bakı, Babək pr.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











