Kəpəz Hospital
Səyyar Həkim-Oftalmoloq
Son tarix 03 dek 2025 - [email protected]
İş yeri: “Kəpəz Hospital” MMC
“Kəpəz Hospital” oftalmologiya sahəsində ixtisaslaşmış, dinamik və peşəkar komandamıza Səyyar Həkim-Oftalmoloq vəzifəsi üzrə əməkdaş axtarır.
Vəzifə haqqında məlumat:
- Müxtəlif rayonlarda səyyar tibbi xidmət çərçivəsində xəstələrin qəbulu və müayinəsinin aparılması;
 - Tibbi prosedurların və ilkin müalicə tədbirlərinin həyata keçirilməsi;
 - Pasiyentlərə fərdi yanaşma və müvafiq tibbi sənədləşmənin aparılması;
 - Komanda şəklində çalışaraq xəstələrin keyfiyyətli tibbi xidmətlə təmin olunması.
 
İş qrafiki və şərait:
- Həftə içi 5 gün – səyyar bölgələrdə xəstə qəbulu;
 - Şənbə və bazar – istirahət günləri;
 - Gündəlik qida və qalmaq yeri şirkət tərəfindən təmin olunur;
 - Həftəsonu Bakıya geri dönüş şirkətin nəqliyyatı ilə həyata keçirilir;
 - Əmək haqqı: 2000 AZN (sabit maaş).
 
Tələblər:
- Həkim-oftalmoloq ixtisası üzrə ali tibbi təhsil;
 - Peşəkar ünsiyyət bacarığı, səfərlərə uyğunlaşma və məsuliyyətli yanaşma.
 
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 0557542950


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







