Kensington
Layihə inkişafı üzrə mütəxəssis
Son tarix 16 fev 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Tikinti və daşınmaz əmlak layihələrinin ilkin konsepsiyasının hazırlanması
- Torpaq sahələrinin və potensial layihələrin investisiya baxımından təhlili
- Texniki-iqtisadi əsaslandırmaların (TİƏ), büdcə və gəlirlilik analizlərinin hazırlanması
- Layihə üzrə risklərin qiymətləndirilməsi və optimallaşdırma təkliflərinin verilməsi
- Memar, mühəndis, podratçı və digər tərəfdaşlarla koordinasiyanın təmin edilməsi
- Layihə icra qrafiklərinin hazırlanması və icrasına nəzarət
- Tikinti proseslərinin normativ sənədlərə və layihə tələblərinə uyğunluğuna nəzarət
- Dövlət qurumları və aidiyyəti təşkilatlarla yazışmaların və razılaşmaların aparılması
- Layihələrin kommersiya strategiyasının (satış, icarə və s.) hazırlanmasında iştirak
- Rəhbərliyə dövri hesabatların təqdim edilməsi
Namizədə olan tələblər:
- İnşaat mühəndisliyi, Memarlıq, Tikinti iqtisadiyyatı və ya əlaqəli sahə üzrə ali təhsil
- Tikinti və ya development sahəsində minimum 3–5 il iş təcrübəsi
- Layihə planlama və büdcələşmə bacarıqları
- Tikinti normativləri və qanunvericiliyi üzrə biliklər
- AutoCAD, MS Excel və layihə idarəetmə alətləri ilə işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət
- Danışıqlar aparmaq və koordinasiya bacarığı
- Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür
- Daşınmaz əmlak development layihələrində iştirak təcrübəsi
İş şəraiti
- Əmək haqqı - 2000 AZN
- İş qrafiki - 09:00-18:00, I-V günlər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.










