Karvan - L
Logistika və ixrac üzrə menecer
Son tarix 20 okt 2023 - [email protected]
İş barədə məlumat:
- Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması
- Yerli və Xarici bazarın araşdırılması
- Müqavilə, ivnoys, cmr YGB (yük gömrük bəyənnaməsi), paking list hazırlaya bilən;
- İdxal və ixrac əməliyyat xidmətlər üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması
- İdxal və İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq
- Xarici şirkətlərlə əməkdaşlığın qurulmasında iştirak etmək
- İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanmasında iştirak etmək
- Mənşə, fito və fumiqasiyaya müraciət etmə və digər gömrük rəsmiləşdirilməsi barədə anlayışı olan;
Namizədə tələblər:
- Ali təhsil (təhsilin maliyyə, gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür)
- Riyazi analitik qabiliyyət
- MS Office proqramlarında (xüsusi ilə excell) sərbəst işləmək bacarığı
- Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
- Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
- Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı
- Xarici dil bilikləri (Rus sərbəst, İngilis yaxşı )
- Logistika ,İdxal və ixrac əməliyyatları təcrübə üstünlük hesab olunur
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında
- İş yeri: Bakı şəhəri
- Korporativ nömrə və nahar ilə təmin edlimə
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Logistika və İxrac üzrə menecer“ qeyd edəsiniz.
Mühasib
Son tarix 20 okt 2023 [email protected]
İş barədə məlumat:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
Tələblər:
- Təhsil : Natamam ali
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Yaş : 25 - 45
- Cins : Qadın
- Əmək haqqı 700
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı ( mütləqdir )
- Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;( mütləqdir )
- Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
- Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
- Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
İş günü- həftənin 5 günü
İş saatı- 09:00-18:00
Nahar və telefon şirkət tərəfindən qarşılanır
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “mühasib “ qeyd edəsiniz.