Karvan - L
Aparıcı Mühasib
Son tarix 03 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması.
- Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılması.
- Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) aparılması;
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;
- Azərbaycan və rus dilini mükəmməl bilməli;
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.) ;
- BTP proqramında sərbəst işləmə bacarıqları;
- Mühasibat uçotunu bilməli (yeni hesablar planı üzrə).
Ə/h: 800 azn.
Nahar və telefon şirkət tərəfindən qarşılanır.
İş saatı 09:00-18:00.