Karvan - L
Korporativ Satış Təmsilçisi (Tikinti Sahəsi + SMM)
Son tarix 24 apr 2026 - [email protected]
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Tikinti sektorunda korporativ müştərilərin cəlb edilməsi və idarə olunması
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması
- Tikinti materialları və xidmətlərinin satışının təşkili
- Sosial media platformalarında (Instagram, Facebook və s.) aktivliyin təmin edilməsi
- Paylaşımların hazırlanması və reklam kampaniyalarının idarə olunması
- Sosial şəbəkələr üzərindən daxil olan sorğuların cavablandırılması və satışa yönləndirilməsi
- Bazar araşdırması və yeni müştəri bazasının formalaşdırılması
- Satış planlarının icrası və hesabatların hazırlanması
Tələblər:
- Xanım namizəd mütləqdir
- Yaş həddi: 30 yaş və yuxarı
- Tikinti sahəsində bilik və ya iş təcrübəsi mütləqdir
- Satış sahəsində minimum 2-3 il iş təcrübəsi
- SMM sahəsində praktiki biliklər (post hazırlama, reklam yerləşdirmə və s.)
- Sosial media alətləri ilə işləmək bacarığı
- Ünsiyyət və təqdimat bacarıqları yüksək olmalıdır
- MS Office proqramları üzrə biliklər
- Azərbaycan dili sərbəst (rus dili arzuolunandır)
Şəxsi keyfiyyətlər:
- Kreativ və təşəbbüskar
- Aktiv və nəticəyönümlü
- Məsuliyyətli və operativ
- Müştəri ilə işləmə bacarığı yüksək
- Komandada işləmək qabiliyyəti
Əmək haqqı:
- Əmək haqqı 1000 AZN
- Bonus və satışdan faiz sistemi mövcuddur
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Korporativ satış təmsilçisi (SMM)” başlığı ilə göndərə bilərsiniz.












