Kartaş LTD (Mr.Fix)
Sənaye Boyaları üzrə satış təmsilçisi
Son tarix 29 yan 2026 - [email protected]
Əsas vəzifələr:
- Sənaye müəssisələrinin araşdırılması və potensial müştərilərin müəyyən edilməsi;
- Epoksi, poliuretan, akril, alkid və digər sənaye boya məhsullarının satışını həyata keçirmək;
- Yeni müştərilər qazanmaq və mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək;
- Satış prosesini istehsal, təhvil-təslim və tətbiq mərhələlərinə qədər izləmək;
- Məhsulların texniki xüsusiyyətləri və tətbiqi barədə müştərilərə məlumat və dəstək vermək;
- Məhsul təqdimatları, broşür, kataloq və nümunələrin hazırlanmasında iştirak etmək
Tələblər:
- Sənaye boyaları və ya boya sahəsində 2–3 illik satış təcrübəsi;
- Kimya və ya tikinti materialları ixtisası üzrə ali təhsil (üstünlükdür);
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- Yüksək ünsiyyət bacarığı, satış yönümlü düşüncə və nəticəyə fokuslanma;
- Komandada işləmək və müştəri münasibətlərini idarə etmək bacarığı.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı və digər: Maaş + satışa görə bonus , yemək pulu, özəl sığorta
CV-nizi “Sənaye Boyaları üzrə Satış Təmsilçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Satınalma üzrə aparıcı mütəxəssis
Son tarix 29 yan 2026 - [email protected]
Vəzifələri:
- Təchizat şöbəsinin müdirinin göstərişləri və şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında xammal, zəruri əsas və köməkçi materiallarla, həmçinin avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirilməsi
- Əsas və alternativ tədarükçülərin müəyyənləşdirilməsi, mütəmadi vendordakı şirkətlərin qiymətləndirilməsi, bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
- Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, müqavilə əsasında köçürmə yolu ilə alınmasını təşkil etmək;
- Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək; nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- İdxal və İxrac əməliyyatlarına nəzarət. Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması, Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması; Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların yoxlanılaraq təqdim edilməsi, Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək.
- Gömrükləmə üçün lazım olan sənədlərin yığılması və prosesi idarə etmək.
- Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planını hazırlamaq.
- Keyfiyyəti qoruyarkən çəkilən xərcləri idarə etmək, ümumi təchizat zəncirinin performansını yaxşılaşdırmaq və prosesdə hər hansı mümkün yenilikləri axtarmaq, təchizatçılarla yeni və mövcud əlaqələri inkişaf etdirmək, təchizat zəncirinə təsir göstərə və ya kəsə biləcək idarə etmək və minimuma endirmək.
Məsuliyyəti:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır.
Namizədə tələblər:
Bilməlidir:
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini (satınalmalar haqda qanun);
- Yuxarı orqanların və şirkət rəhbərliyinin əmr, sərəncam və qanunlarını;
- Şirkətin idarəetmə strukturunu, texniki və iqtisadi inkişaf istiqamətlərini;
- Mal-materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını;
- Incoterms 2020
Tələblər:
- Ali təhsil
- Müvafiq sahələrdə 5 ildən az olmayaraq iş təcrübəsi
- MS Ofis proqramları
- Dil bilikləri – Azərbaycan dili, ingilis dili və rus dili (üstünlükdür)
İş şəraiti
- İş yeri - Sumqayıt, Sənaye Parkı
- İş günləri və saat – Həftə içi 5 gün, 08:30-17:30
- Şirkət tərəfindən nahar, servis və özəl tibbi sığorta.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Çilingər-Elektrik
Son tarix 29 yan 2026 - - [email protected]
Vəzifə öhdəlikləri:
- Alətlərin və avadanlıqların işlək vəziyyətə gətirilməsi;
- Sahənin elektrik avadanlıqlarında və ya kabel xətlərində baş vermiş qəza hallarının və nasazlığın aradan qaldırılması;
- Elektrik avadanlıqlarının, işıqlandırma qurğularının və elektrik mühəriklərinin təmir edilməsi;
- Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək;
- Kranların köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və sökülməsi;
- Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi;
- Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirmək;
- Elektrik alətlərinin, avadanlıqlarının saz vəziyyətdə saxlanmaq, həmçinin montyor-çilingər otaqlarının sanitar-gigiyena normalarına uyğun saxlanmasına riayət etmək ;
- Ətraf mühitə zərərli təsirinin aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifələri icra etmək, iş yerini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- Sahə ərazisinin abadlaşdırılmasında, metal tullantıların toplanmasında və təhvil verilməsində iştrak etmək ;
- İşin səmərəli təşkili üçün müvafiq rəhbərliyə mütamadi olaraq məlumat vermək;
- Sıradan çıxmış mühərriklərin diğər sahəyə sarğı üçün göndərilməsi ;
- Ərazidə yerləşən ilkin yanğından mühafizə vasitələrinin sazlığına, həmçinin qum qutularında qum səviyyələrinin lazımi normada olmasına nəzarət etmək ;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi.
- Boru qaynaq etmə bacarığı (üstünlük təşgil edir)
Tələblər:
- Elektrik və mexaniki sahədə minimum 3 il iş təcrübəsi
- Texniki bilik və praktiki bacarıqların olması
- Avadanlıqlarla işləmə bacarığı
- Məsuliyyətli, nizam-intizamlı və komanda ilə işləməyə meyilli olmaq
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xırdalan
- İş rejimi: 6 günlük iş qrafiki
- Maaş: 1200-1500 Azn (Net)
- Təminatlar:Şirkət tərəfindən nahar və özəl tibbi sığorta
CV-ni “Çilingər-Elektrik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.











