Kartaş LTD (Mr.Fix)
Daxili Auditor
Son tarix 01 dek 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Daxili auditlə bağlı illik strategiyaların hazırlanması;
- İllik daxili audit planının hazırlanması;
- Periodik auditlərin koordinasiya edilməsi;
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının aparılmasının təmin edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsinin təmin edilməsi;
- Nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Qayda və prosedurların həyata keçirilməsinin yoxlanılması və qiymətləndirilməsi;
- Audit nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar haqqında audit hesabatlarının hazırlanması və Audit Komitəsinə və üst rəhbərliyə təqdim edilməsi;
- Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsi icrasına nəzarətin təmin edilməsi.
Vakansiyanın tələbləri:
- Ali hüquq və ya iqitsadi təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- İngilis dili biliyi yaxşı səviyyədə;
- MS Office proqramları yaxşı səviyyədə;
- Audit və ya Maliyyə sahəsində sertifikatlarının olması arzuolunandır.
Tələb olunan bilik və bacarıqlar:
- Liderlik bacarığı;
- Konfliktlərin idarə edilməsi bacarığı;
- Analitik düşüncə tərzi və məsələlərin həllinə sistemli yanaşma bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Diqqətli olmaq baçarığı.
İş qrafiki: Part-time (Yarımştat).
İş yeri ünvanı: Xətai Plaza
Müraciət etmək üçün CV-nizi qeyd edilmiş email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.