Karabakh Group
Texniki Ofis Mühəndisi
Son tarix 11 yan 2024 - [email protected]
Öhdəliklər:
- Layihə üzrə materialların çıxarılması və onun sifarişinin təmin olunmasına nəzarət edilməsi.
- Layihələndirilən təmir, tikinti və söküntü layihələri ilə tanış olmaq və irad və təkliflər hazırlamaq
- Tikinti quraşdırma işlərinin tikinti norma və qaydaların uyğun yerinə yetirilməsinə nəzarət etmək
- Tikilmiş obyektlərin istismara qəbulunun təşkilində iştirak etmək
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin yoxlanilmasi;
- Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
- Günlük, həftəlik və aylıq Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
- Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir.
Bacarıqlar:
- Layihələrin idarəedilməsi bacarıqları;
- Komandada işləmək bacarığı;
- İşin planlaşdırılması bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Bina və qurğuların konstruksiya cizgilərinin yoxlanılması;
- Bina və qurğuların statik hesabatlarının yoxlanılması;
- Layihələrin tərtibatı;
- Layihəyə uyğun material və iş həcmlərinin yoxlanılması;
Namizədə tələblər:
- Ali mühəndislik təhsilli;
- Sənaye və mülki tikinti işləri üzrə minimum 3 il iş təcrübəsinə malik olmaq;
- AutoCad proqramından yüksək istifadə bacarığı;
- 5 ildən çox müvafiq sahədə iş təcrübəsi
- Kompüter bilikləri (Microsoft Office proqramları)
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Məsuliyyətli olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə CV-lərinizi “Texniki Ofis Mühəndisi” başlığı altında yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.(Yalnız vakansiya üzrə uyğun CV-lər dəyərləndiriləcək.)