Karabakh Group
Layihə koordinatoru
Son tarix 01 apr 2023 - [email protected]
Vəzifə təlimatları:
- İşin status ilə bağlı hesabatların hazırlanması və yarana biləcək hər hansı bir problemin aradan qaldırılmasının təmin edilməsi;
- İnşaat layihələrinin əvvəldən sona qədər nəzarət edilməsi;
- Layihənin miqyasından aslı olaraq inşaat işçiləri, subpodratçılar, iş icraçıları, memar, mühəndislər və layihə komandasının əsas heyət üzvləri ilə sıx əməkdaşlığın edilməsi;
- Layihənin vaxtında təhvil verilməsinin təmin edilməsi;
- Layihə boyunca lazım olan informasiyaların, vacib məlumat və proseslərin hesabatlarının hazırlanması və bütün maraqlı tərəflərin məlumatlandırılması;
- Smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin hazırlanmasının müvafiq işçilərdən tələb etməli;
Vəzifəya dair tələblər:
- Memarlıq və mühəndislik, inşaat idarəedilməsi ixtisası üzrə bakalavr dərəcəsinin olması;
- Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsinin olması;
- Tikinti materiallları və avadanlıqları haqqında yüksək şəkildə məlumatlı olması;
- Tikinti və layihə idarə edilməsi proqramlarını və ofis proqramlarını mükəmməl bilməsi;
- Liderlik, vaxtın və heyəti idarə etmək bacarığının olması;
- PMP və ya uyğun sertifikatları olan şəxslərə üstünlük veriləcək;
- Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığının olması.
Qeyd: Müəyyən zamanlar da ezama getməyə hazır olmalı
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
Maraqlanan şəxslər öz CV-lərini mailə göndərə bilərlər.