Ümumi məlumat:
Kapital Bank namizədləri Problemli kreditlərin ilkin təqib departamentinin Təhlil və dəstək şöbəsinin İlkin təqib bölməsində Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Problemli kredtlərin ilkin təqibi departamentinin qaynar xəttinə daxil olan zənglərin cavablandırılması;
- Yüksək riskli müştərilərin erkən mərhələdə təqib olunması;
- Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində tədbirlərin görülməsi;
- Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi;
- Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi;
Tələblər:
- Ali təhsil;
- Detallara qarşı diqqətli olmaq;
- Təzyiqə davamlılıq;
- Məsuliyyətlilik;
- Operativlik;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə danışma qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.