Vakansiya: Bazar riskləri şöbəsi üzrə mütəxəssis / aparıcı mütəxəssis
Üstünlük verilən bilik və bacarıqlar:
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
- Əla səviyyədə praktiki Excel bacarıqları;
- Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
- İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
Öhdəliklər:
- İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
- Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
- Bazar riskləri sahəsində araşdırılma aparılması.
- Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiya 2: İnformasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Öhdəliklər:
- Bankda informasiya təhlükəsizliyini təmin edən vasitələr haqda məlumatların təhlilini aparmaq, mövcud qüsur və nöqsanların aradan qaldırılması üçün şöbə müdirinin qarşısına təkliflərlə çıxış etmək.
- PCİ DSS standartlarının tələblərinə uyğunluğun təmin olunması üzrə tədbirləri həyata keçirməsi
- İT infrastrukturda olan boşluqların aşkar olunması və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi
- İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsi.
- Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması.
- İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək.
- İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət.
- Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək.
- Biznesin davamlılığı və böhran hallarının idarəedilməsi üzrə planların hazırlanmasında, işlək vəziyyətdə saxlanılmasında aidiyyatı strukturlara dəstək.
Tələblər:
- Ali təhsil.
- Məxfilik, diqqət, analiz etmək.
- Ünsiyyət qurma bacarığı.
- Vaxtın idarə olunması.
- Komandada işləyə bilmək
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
- İnformasiya Təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi.
- İT sahəsində minimum 5 il iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.