Vakansiya 1: Mikro kreditlər üzrə Bölmə Rəhbəri
Beyləqan, Şirvan, Gəncə, Sabirabad, Yevlax, Mingəçevir, Şamaxı və Naxçıvan filialları.
Öhdəliklər:
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər:
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
- Tələb olunan sahə üzrə minimum 3 il iş stajı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.
Şirvan - https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1382
Beyləqan - https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1476
Yevlax - https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1477
Zaqatala -https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1479
Gəncə -https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1393
Göyçay -https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1409
Sabirabad - https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1301
Vakansiya 2: İnformasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin aparıcı/ baş mütəxəssisi
Öhdəliklər:
- İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndinrilməsinin həyata keçirilməsinə dəstək;
- İT və İnformasiya Təhlükəsizliyi risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək vermək;
- Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması;
- İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması və həyata keçirilməsi prosesinə dəstək;
- Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək vermək;
- Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.
Tələblər:
- Bank sistemləri, İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması;
- İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsi;
- Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
- İSO 27001, ISO 22301, İSO 31001, İSO 20000, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
- CISA, CIA, CISM, CİSSP, İSO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır);
- Problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
- Komandanın bir üzvü kimi yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiya 3: Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı /baş mütəxəssisi
Öhdəliklər:
- Bank daxili proseslərin analizi və risklərin aşkarlanması;
- Tematik yoxlamalarda tələb olunan tapşırıqların icrası (prosedur və proseslərin qanunvericilik və requlyator tələblərinə uyğunluğu);
- Nöqsanlara dair reyestrin formalaşdırılması və təqibi;
- Proseslər üzrə nöqsanların erkən aşkarlanması üçün red flagların (erkən xəbərdarlıq) sistemin qurulması;
- Texniki tapşırıqların icrası (hesabatların avtomatlaşdırılması);
- Yeni yaradılan məhsul və xidmətlərin əməliyyatların qanunveicilik, requlator tələblərinə və Bankın müvafiq qaydalarına uyğun qurulmasına rəylərin formalaşdırılmasına dəstək olmaq;
- Birinci müdafiə xətti strukturların cavabdeh olduqları məhsul və xidmətlərə dair effektiv Checklistlərin qurulmasına dəstək olmaq və icrasına nəzarət etmək;
- Yoxlamalar zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması;
- Birbaşa rəhbəri tərəfindən tapşırılmış işlərin icrası.
Tələblər:
- İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil
- Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
- Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
- Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
- Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı
- Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;
- Microsoft proqramların yüksək səviyyədə istifadəsi (EXCEL), SQL, Tableau, Python
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət eldə bilərsiniz.
Vakansiya 4: Mikro kreditlər üzrə Mütəxəssis / Aparıcı / Baş Mütəxəssis (regionlar)
Bərdə, Beyləqan, Cəlilabad, Salyan, Sabirabad, Göyçay, Şirvan, Xaçmaz, Quba, Şəmkir, Gəncə, Şəki, Yevlax, Lənkəran və Zaqatala filialları.
Öhdəliklər:
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər:
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
- Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Vakansiya 5: Mikrokreditlər bölməsinin Mütəxəssisi / Aparıcı / Baş mütəxəssisi (Şamaxı)
Öhdəliklər:
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər:
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);