Vakansiya 1: ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Öhdəliklər:
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
- Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
- Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
- Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
- Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
- Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
- Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.
Tələblər:
- İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
- Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 2 il iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiya 2: Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi
Öhdəliklər:
- Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
- Modellər üçün məlumatların əldə olunması və emal olunması;
- Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
- Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
- Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
- Modellər üzrə hesabatların hazırlanması.
Tələblər:
- İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
- Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
- Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
- İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.