Vakansiya: Monitorinq və nəzarət şöbəsinin Meneceri
Öhdəliklər:
- Filialların gündəlik fəaliyyətinə, işçilərin davamiyyətinə və korporativ standartların pozulmamasına distant və yerində nəzarətin təşkili;
- Mütəmadi olaraq filiallarda monitorinqlərin aparılması və rəhbərliyə hesabatların təqdim olunması;
- Şöbə daxilində işlərin və vaxtın düzgün bölüşdürülməsinə, şöbə əməkdaşlarının öhdəliklərini düzgün formada yerinə yetirmələrinə nəzarət;
Tələblər:
- Kollektivlə işləmə bacarığı;
- Özünə əminlik , gərgin iş rejimində işləmə bacarığı;
- Sərbəst şəkildə problemləri həll etmə qabiliyyəti;
- İdarəetmə və liderlik keyfiyyətləri;
- Təşkilatçılıq bacarıqları;
- Yüksək ünsiyyətqurma bacarıqları;
- Filialda iş təcrübəsi;
- Filial meneceri kimi attestasiyasının olması arzu olunandır ;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.