Öhdəliklər:
- Hüquqi şəxs və fərdi sahibkarlar üçün nəqliyyat vasitələrinin, avadanlıqların və s. əsas vəsaitlərin lizinqi məhsulu üzrə işin qurulması;
- Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə bankın lizinq məhsullarına dair məlumatın verilməsi;
- Müraciət ərizələrinin qəbulu, müştərilərin təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
- Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
- Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
- Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
- Portfelin keyfiyyətinə nəzarət edilməsi;
- Lizinq məhsulu üzrə partnyorlarla işgüzar əməkdaşlığın qurulması və bu əlaqəlirin inkişafı edilməsi;
- Müvafiq hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- İşdə dəqiqlik və detallara fikir vermək;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı;
- Müştərilərlə davranış etikası;
- Korporativ dəyərlərə uyğun olmaq.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.