“Kapital Bank” ASC namizədləri “Qrafik və Motion Dizayner” vakansiyasına müraciət etməklə “Agile” komandasının Marketing Ekspert Mərkəzinin üzvü olmaqa dəvət edir!
Tələblər:
1. Ali təhsil (İncəsənət, qrafik dizayn və s. sahələrində);
2. Qrafik dizayn üzrə 2 il iş təcrübəsi;
3. Adobe PhotoShop, After Effects və s. aidiyyəti üzrə proqram təminatlarında işləmək bacarığı;
4. Sosial media, qrafika əsasları və tipografika haqqında biliklər;
5. Çoxsaylı yaradıcı layihələr üzərində cəlbedici portfoliosuna malik olması;
6. Detallara xüsusi diqqət ayırma bacarığı.
Öhdəliklər:
1. Rəqəmsal və sosial media platformaları üçün müxtəlif materiallar yaratmaq və tətbiq etmək;
2. Şəkilləri və fotoşəkilləri retuş və redaktə etmək;
3. Adobe After Effects-də əsas / dinamik hərəkət qrafikasını yaratmaq;
4. Layihələrin yüksək keyfiyyətlə və vaxtında tamamlanmasını təmin etmək;
5. Müxtəlif layihələri icra etmək və dizayn şərtləri daxilində idarə etmək.
Əgər Siz də Kapital Bankın dinamik və peşəkar Agile komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz.