Kapital Bank
Satışın təşkili bölməsinin kiçik mütəxəssisi
Son tarix 27 yan 2024 - Müraciət et
Rol haqqında:
Kapital Bankın Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin Loyallıq layihələrinin inkişafı şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün aktiv və ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Partnyorlarımıza yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Öhdəliklər:
- Partnyor mağazaların marketinq materialları ilə təmin etmək;
- Partnyor mağazalarında marketinq materiallarının mövcudluğuna nəzarət etmək;
- Partnyor mağazalarında reklam materiallarının yerləşdirilməsi ilə bağlı yaranmış nöqsanları aradan qaldırmaq;
- Satış komandasının sifarişi əsasında partnyor mağazaları reklam materialları ilə təmin etmək;
- Anbarda yerləşən reklam materiallarının qalığına nəzarət etmək və ehtiyac olduqca sifariş etmək;
- Partnyor mağaza işçilərinin əməkdaşlıq şərtlərinə əməl etmələrinə nəzarət etmək, nöqsanların aradan qaldırılması istiqamətində tədbir görmək, həmin işçi heyətini əməkdaşlıq şərtləri və bankın məhsulları haqqında məlumatlandırmaq;
- Partnyorların sosial şəbəkələrdəki hesabları və veb saytları üzərindən əməkdaşlıq şərtlərinə əməl etmələrinin yoxlanılması.
Tələb olunan bacarıq və təcrübə:
Sizin barənizdə:
- Sahə üzrə iş təcrübəsi: Minimum 1 illik təcrübəyə malik olmaq.
- Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur.
- Texniki bacarıqları: MS Office proqramlarında işləmək bacarığı.
- Dil bilikləri: Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,ingilis dili arzuolunandır.
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
Pərakəndə kreditlərin monitorinqi şöbəsinin baş mütəxəssisi
Son tarix 27 yan 2024 - Müraciət et
Rol haqqında:
Pərakəndə kredit məhsullarının data əsasında monitorinqini həyata keçirmək, aşkarlanmış nöqsanlar barədə hesabatları tərtib etmək və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün namizəd axtarırıq. Pərakəndə kredit məhsullarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması əsas məqsədimizdir.
Öhdəliklər:
- Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin etmək;
- Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirmək;
- Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
- Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;
- Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim etmək;
- Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;
- Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;
- Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələb olunan bacarıq və təcrübə:
Sizin barənizdə:
- Texniki bacarığı: SQL,Excel,data analitikası üzrə yüksək səviyyədə biliklər mütləqdir,İFRS 9,R və Python üzrə biliklər isə arzu olunandır.
- Peşəkar sertifikatlar: SQL,Excel və ya ekvivalent data analitikası üzrə sertifikatın olması arzu olunandır.
- Sahə üzrə iş təcrübəsi: Modelləşmə və Audit/Nəzarət/ Kredit riskləri sahəsində minimum 2 illik təcrübəyə malik olmaq.
- Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,ingilis,rus dillərini bilmək isə arzu olunandır.
- Digər səriştələr: Analitik düşüncə tərzi,komanda daxilində iş bacarığı, detallara qarşı diqqətli, ünsiyyətçil, məsuliyyətli olmaq və səliqəli sənədləşmə bacarığı mütləqdir.
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.