Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi (İnsan Resurslarının idarə edilməsi Departamenti)
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Əməkdaşların aylıq və illik fəaliyyət göstəricilərinin təhlili;
• Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq bonus hesablanmalarının aparılması;
• Maddi motivasiya sisteminin hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Fəaliyyət göstəricilərinin təhlili və bonus hesablanması zamanı istifadə olunan hesabatların optimallaşdırılması;
• HR proseslər üzrə təhlillərin aparılması.
Tələblər:
• Ali təhsilin olması;
• Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
• Əla səviyyədə Excel biliyinin olması;
• Analitik düşünmə qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
KOS (SME) kreditləri təhlili şöbəsinin mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
Tələblər:
• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi
• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
• Məsuliyyətlilik və dəqiqlik;
• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Bank qanunvericiliyini bilmək;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit anderraytinq Departamentinin Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderrayting Departamentinin Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Regionlarda olan ipoteka kredit safarişlərin əmlaklarının qiymətləndirilməsi;
• Gördüyü işlər haqqında şöbə rəisinə gündəlik məlumat təqdim etmək;
• Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək.
• Biznes kreditlərinin girovlarının qiymətləndirilməsi
• Notariat işlərinin görülməsi (girova götürülmüş əmlakları ipoteka etmək)
• Gördüyü işlər barəsində hesabat aylıq hesabat
Tələblər
• Maliyyə, İqtisad sahəsində ali təhsil;
• Qiymətləndirmə işləri üzrə iki il iş təcrübəsi
• Yüksək səviyyədə MS Office bilikləri və ən əsası excell bilikləri mükəmməl
• Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili biliyi arzuolunandır.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.