Ümumi məlumat
Kapital Bank namizədləri Fraud və dələduzluğa qarşı mübarizə şöbəsinin mütəxəssisi (Naxçıvan şəhəri üzrə) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
o "Kapital Bank" ASC-nin Naxçıvan MR yerləşən filiallarında mütamadi olaraq monitorinqlərin keçirilməsi
o "Kapital Bank" ASC-nin Naxçıvan MR yerləşən filiallarında fraud hallarının baş verdikdə araşdırılması
o Daxil olan fraud ehtimalı olan halların araşdırılması və vətəndaşlar ilə görüşün keçirilməsi
o Yerinə yetirilmiş işlər və aparılmış monitorinqlərin nəticəsi ilə bağlı Fraud və dələduzluğa qarşı mübarizə şöbəsinin rəisinə şifahi (email) və rəsmi olaraq aylıq hesabatın təqdim edilməsi.
Tələblər
o Analitik düşünmə qabiliyyəti
o Ünsiyyət qurma bacarığı
o Punktuallıq
o Dəqiqilik
o Loyallıq
o Məsuliyyətlilik
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Bankın Bakı şəhəri və bölgələrdə olan filial, şöbə və digər struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və azaldılması məqsədi ilə sahəvi, kompleks, tematik yoxlamaların aparılması;
• Yoxlama prosesində bank fəaliyyətinin qanunvericilik və tənzimləyici orqanların normativ xarakterli aktları və göstərişlərinə uyğunluğu, adekvat daxili nəzarət sistemlərinin mövcudluğu, aktivlərin qorunması və uçot məlumatlarının düzgünlüyü və s. istiqamətdə qiymətləndirilməsi və nəticələrinə dair təkliflərin verilməsi;
• Yoxlamaların nəticələrini dəstəkləyə biləcək məlumatların toplanılması, analiz və şərh edilməsi, sənədləşdirilməsi. Yoxlama hesabatlarının hazırlanması və təqdimatının həyata keçirilməsi;
• Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın tətbiq edilməsi;
Tələblər
• İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində ən azı 1 illik iş təcrübəsi; və ya
• Digər ixtisas üzrə ali təhsil və bank sahəsində 3 illik iş təcrübəsi;
• Daxili audit, risk, daxili nəzarət, maliyyə menecmenti və əməliyyat sahələrində çalışmış namizədlərə üstünlük verilir;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığı;
• Komanda tərkibində işləmə qabliyyəti;
• Liderlik, təşəbbüskarlıq, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
• Yüksək səviyyədə MS Excel və SQL bilikləri (bu namizədlərə üstünlük verilir);
• Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
• Audit, risk, nəzarət sahəsində təcrübə arzuolunandır;
• Mütəmadi ezamiyyətlərdə ola bilmə imkanı;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Aparıcı / Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
• Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
• İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
Tələblər
• Vətəndaş qüsursuzluğuna malik olma.
• Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.
• Təcrübə: Zəruri minimum iş təcrübəsi 3 il, bank sektorunda 2 il, Funksiya üzrə 1il
• Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), SQL
• Dil bilikləri: Azərbaycan, İngilis, Rus dili (əla səviyyədə)
• Digər tələblər: Texniki –analitik biliklər
• Qanunvericilik, sənədləşmə biliyi: Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları ilə tanış olmaq
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
• Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
• Statistik modellərin hazırlanması.
Tələblər
• İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır RpythonSASTibco və.s);
• Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.