Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi (Hunter RM)
Son tarix 07 iyl 2022 - Müraciət et
Öhdəliklər:
-
Bankın potensial KOS kateqoriyasına aid olan müştəri bazasını müəyyən edir;
-
Müştərilərlə birbaşa ünsiyyətə girir və onları banka cəlb edir;
-
Mövcud müştəri bazası ilə işləyir, müştərilərdən xidmətlər üzrə sifarişlər qəbul edir və sifariş üzrə satışı həyata keçirir;
-
Müştərilərin əməliyyatlarında yaranmış problemləri həll edir;
-
Gördüyü işlər haqqında bölmə rəisinə gündəlik müvafiq formaya uyğun elektron hesabat təqdim edir. Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.
Tələblər:
-
Ali təhsilli olmalı (İqtisadi sahələr arzu olunandır);
-
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
-
Microsoft Office proqram paketini bilməli;
-
Azərbaycan və Rus dili biliyi olmalı;
-
Komandada işləmək bacarığı olmalı;
-
İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalıdır.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
İcra orqanları ilə iş şöbəsində Hüquqşünas
Son tarix 07 iyl 2022 - Müraciət et
Öhdəliklər:
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək;
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək;
- Kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artlıq gecikməsi olan problemli kreditlər üzrə borcalanlarla danışıqlar apararaq kreditlərin ödənilməsini təmin etmək;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyanın edilməsinə dair təkliflər vermək;
- İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində bankı nümayəndə qismində təmsil etmək;
- Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək və s.
Tələblər:
- Ali təhsil (ixtisas – hüquqşünas) ;
- İş təcrübəsi – 2 il;
- Ünsiyyətqurma bacarığı;
- Dəqiqlik;
- Təmkinlilik.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit İnzibatçılığı Şöbəsinin Mütəxəssisi
Son tarix 07 iyl 2022 - Müraciət et
Öhdəliklər:
- Müsbət rəy verilmiş kredit sənədlərini hazırlamaq;
- Kredit məlumatlarını bank əməliyyatları sistemində əks etdirmək;
- Kredit dosyelərini yoxlamaq, kredit müqavilələrini hazırlamaq;
- Kredit sənədləri toplusunun dövriyyəsinə nəzarət etmək;
- Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Bank sahəsi üzrə iş təcrübəsi;
- MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik;
- Komanda tərkibində işləmə qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.