İpoteka üzrə mütəxəssis, aparıcı mütəxəssis (Bakı filialları)
Son tarix 23 iyn 2022
Öhdəliklər:
-
Bankın daxili qaydalarına əsasən, İH-nin qəbul etdiyi Xidmət bölməsinin mütəxəssislərinin satış hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində ipoteka üzrə satış planlarını yerinə yetirir.
-
Bankın daxili qaydaları və tarifləri üzrə ipoteka kreditləri, cari hesabların açılması üzrə ərizələri qəbul edir və müvafiq qaydada icrasını həyata keçirir, çarpaz satışa dəstək edir.
-
Müştərilərin sifarişinə əsasən təhlil aparır və ipoteka kreditini rəsmiləşdirir
-
Verilmiş ipoteka ipoteka kreditilərin və problemli ipoteka kreditiləri üzrə öhdəliklərinin vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatının göstəricilərinə əsaslanaraq təqib aparır.
-
Ipoteka krediti portfelini gecikmələr üzrə tələb olunan keyfiyyət standartında saxlayır
Tələblər:
-
Ali təhsil
-
İpoteka sahəsində ən azı 3 il təcrübə (mütəxəssis 2 il staj)
-
İpoteka və Kredit Zəmanət Fondu xətti ilə rəsmiləşdirilən kreditlər və sənədləşməsi üzrə yüksək biliklərə malik olmalı
-
Maliyyələşm prosesi üzrə iş təcrübəsi ən azı 18 ay
-
Maliyyələşmə üzrə Fondla iş təcrübəsi
-
Maliyyələşmə üzrə müxabirləşmə və vəsaitlərin dövriyyəsi üzrə əməliyyatlar üzrə biliklərə malik olmalı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kassa üzrə mütəxəssis (Bakı filialları)
Son tarix 23 iyn 2022
Öhdəliklər:
-
Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
-
Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
-
Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər:
-
Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
-
İş təcrübəsi arzuolunandır
-
Riyazi hesablama qabiliyyəti
-
Azərbaycan dillərində sərbəst danışmaq bacarığı
-
MS Office (Word, Excel) proqramları üzrə biliklər
-
Gərgin iş qrafikində işləmək bacarığı
-
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected]email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis
Son tarix 23 iyn 2022
Öhdəliklər:
- Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
- Modellər üçün məlumatların əldə olunması və emal olunması;
- Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
- Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
- Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
- Modellər üzrə hesabatların hazırlanması.
Tələblər:
- İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
- Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
- Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
- İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 23 iyn 2022
Öhdəliklər:
- Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
- Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
- Statistik modellərin hazırlanması.
Tələblər:
- İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
- Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Son tarix 23 iyn 2022
Öhdəliklər:
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
- Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edir;
- Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
- Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
- Rol matrislərin yaradılması və onlara edilən dəyişikliklərlə bağlı rəy vermək;
Tələblər:
- Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili
- Təcrübə: bank sektorunda ən azı 4 il , funksiya üzrə 2 il
- Kompyuter biliyi: Microsoft Excel, Word, Outlook
- Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır)
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.