Kapital Bank
Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi
Son tarix 20 iyn 2022 - [email protected]
Öhdəliklər:
- Bank daxili proseslərin analizi və risklərin aşkarlanması;
- Tematik yoxlamalarda tələb olunan tapşırıqların icrası (prosedur və proseslərin qanunvericilik və requlyator tələblərinə uyğunluğu);
- Nöqsanlara dair reyestrin formalaşdırılması və təqibi;
- Proseslər üzrə nöqsanların erkən aşkarlanması üçün red flagların (erkən xəbərdarlıq) sistemin qurulması;
- Texniki tapşırıqların icrası (hesabatların avtomatlaşdırılması);
- Yeni yaradılan məhsul və xidmətlərin əməliyyatların qanunveicilik, requlator tələblərinə və Bankın müvafiq qaydalarına uyğun qurulmasına rəylərin formalaşdırılmasına dəstək olmaq;
- Birinci müdafiə xətti strukturların cavabdeh olduqları məhsul və xidmətlərə dair effektiv Checklistlərin qurulmasına dəstək olmaq və icrasına nəzarət etmək;
- Yoxlamalar zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması;
- Birbaşa rəhbəri tərəfindən tapşırılmış işlərin icrası.
Tələblər:
- İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil
- Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
- Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
- Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
- Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı
- Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;
- Microsoft proqramların yüksək səviyyədə istifadəsi (EXCEL), SQL, Tableau, Python
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət eldə bilərsiniz.
Data analitik
Son tarix 20 iyn 2022 - [email protected]
Tələblər:
- Ali təhsil ( Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
- Minimum 2 il iş təcrübəsinə sahib olmaq;
- SQL üzrə biliklər;
- Python və ya R proqramlaşdırma dillər üzrə biliklər;
- Bank təcrübəsinin olması arzuolunandır;
- Komandada işləmək bacarığı.
Öhdəliklər:
- Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
- Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
- Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.
Müraciət üçün CV-lərinizi, mövzu hissəsində “Data Analitik” qeyd etməklə göndərə bilərsiniz.
Monitorinq və nəzarət şöbəsinin Meneceri
Son tarix 20 iyn 2022 - [email protected]
Öhdəliklər:
- Filialların gündəlik fəaliyyətinə, işçilərin davamiyyətinə və korporativ standartların pozulmamasına distant və yerində nəzarətin təşkili;
- Mütəmadi olaraq filiallarda monitorinqlərin aparılması və rəhbərliyə hesabatların təqdim olunması;
- Şöbə daxilində işlərin və vaxtın düzgün bölüşdürülməsinə, şöbə əməkdaşlarının öhdəliklərini düzgün formada yerinə yetirmələrinə nəzarət;
Tələblər:
- Kollektivlə işləmə bacarığı;
- Özünə əminlik , gərgin iş rejimində işləmə bacarığı;
- Sərbəst şəkildə problemləri həll etmə qabiliyyəti;
- İdarəetmə və liderlik keyfiyyətləri;
- Təşkilatçılıq bacarıqları;
- Yüksək ünsiyyətqurma bacarıqları;
- Filialda iş təcrübəsi;
- Filial meneceri kimi attestasiyasının olması arzu olunandır ;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.