Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi
Son tarix 05 iyn 2022
Öhdəliklər:
-
Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
-
Modellər üçün məlumatların əldə olunması və emal olunması;
-
Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
-
Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
-
Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
-
Modellər üzrə hesabatların hazırlanması.
Tələblər:
-
İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
-
Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
-
Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
-
İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 05 iyn 2022
Öhdəliklər:
-
Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
-
Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
-
Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
-
Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
-
Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-
Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
-
Statistik modellərin hazırlanması.
Tələblər:
-
İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-
Yüksək ünsiyyətqurma qabiliyyəti;
-
Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
-
İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
-
Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.