Maliyyə hesabatlığı üzrə baş mütəxəssis
Son tarix 14 fev 2022 - [email protected]
Öhdəliklər:
-
MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə
hesabatlarının hazırlanması -
Holdinq sorğularının vaxtında cavablandırılması
-
Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması
-
Şöbənin funksiyasından irəli gələn digər işlər
Tələblər:
-
Ali təhsil
-
Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili
-
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
-
Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə
bacarığı -
Məsuliyyətlilik, operativlik və dəqiqlik
-
Komanda ilə işləmək bacarığı
-
Beynəlxalq təcrübə tələb edən digər bilik və keyfiyyətlər (ACCA vəya CFA arzu olunandır)
-
Kompüter bilikləri: Excel, SQL və digər
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa elektron ünvanına “Maliyyə hesabatlığı üzrə baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.
KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı və Baş mütəxəssis
Son tarix 14 fev 2022 - [email protected]
Öhdəliklər:
-
KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
-
Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatlar aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;
-
Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
-
Riskləri düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət etmək;
-
Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.
Tələblər:
-
Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
-
Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
-
Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
-
CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
-
Kompüter bilikləri (MS Office, Internet);
-
Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
-
Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
-
Məsuliyyətlilik və dəqiqlik;
-
Bank qanunvericiliyini.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, elektron ünvanına “KOS kreditlərin təhlili üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.
ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 13 fev 2022 - [email protected]
Öhdəliklər:
-
Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
-
Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
-
Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
-
Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
-
Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
-
Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
-
Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
-
Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
-
Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.
Tələblər:
-
İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-
Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 2 il iş təcrübəsi;
-
Yüksək ünsiyyətqurma qabiliyyəti;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
-
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Bazar riskləri üzrə aparıcı/baş analitik
Son tarix 13 fev 2022 - [email protected]
Öhdəliklər:
-
Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi;
-
İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
-
Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi;
-
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-
Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
-
Bazar riskləri sahəsində araşdırılma aparılması.
Tələblər:
-
İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
-
Qiymətli kağızlar haqqında yüksək bilik;
-
Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
Üstünlük verilən bilik və bacarıqlar:
-
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
-
CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
-
Əla səviyyədə praktiki Excel bacarıqları;
-
Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
-
İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
-
Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Data Analyst
Son tarix 12 fev 2022 - [email protected]
Responsibilities:
-
Apply data science methods to improve and optimize customer journeys;
-
Capture meaningful insights from data and turn them into competitive advantages for the business;
-
Study product features and customer behaviors to inform the team’s decision making ;
-
Support the team with other analytical services as per need basis.
Background:
-
Undergraduate degree or higher, preferably in the field of Computer Science, Machine Learning, Applied Statistics, Econometrics, or Mathematics;
-
2+ years of work experience preferred;
-
Previous experience in banking preferred.
Specific job skills:
-
Coding skills (such as Python, R or similar);
-
Analytics tools experience (such as SQL or similar);
-
Data visualization tools;
-
Performing analysis with large datasets;
-
Experience designing, monitoring and analyzing A/B tests.
If you feel positively about the above statements, send your CV with “Data Analyst” in the subject field.