Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 03 yan 2022
Öhdəliklər:
-
Nəzarət edici orqanlara (CBAR, ADİF, VN və s.) hesabatların təqdim olunması;
-
Bank daxili hesabatların hazırlanması;
-
Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanması;
-
Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi;
-
Bankın IFRS hesabatların təqdim olunması.
Tələblər:
-
Ali təhsil;
-
Sahə üzrə 2 il iş təcrübəsi;
-
AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
-
Mükəmməl MS Excel (yüksək səviyyədə) bilikləri;
-
SQL bilikləri olan namizədlərə üstünlük verilir;
-
ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir.
Biz Sizə stabil və dinamik iş yeri, inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa zəhmət olmasa CV-nizi elektron ünvanına “Maliyyə hesabatlılığı üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz. Hər kəsə uğurlar!
Sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi
Son tarix 03 yan 2022
Öhdəliklər:
-
Sifariş olunan qarantiya və akkreditiv üzrə alqı satqı müqaviləsinin yoxlanılması;
-
Qarantiya məktublarının müştərinin sifarişi əsasında hazırlanması;
-
Akkreditivlərin draft formasının hazırlanması və (tələb olunarsa) benefisiarla razılaşdırılması;
-
Müştərilərə qarantiya və akkreditivlər üzrə konsultasiya verilməsi;
-
Sifariş olunan əməliyyat üzrə (təsdiqli olduğu halda) MİŞ-in ekspertinə Bankın xərcləri haqda məlumatın verilməsi;
-
SWIFT sistemində qarantiya və akkreditivlərin yığılması;
-
Qarantiya və akkreditivlər üzrə xarici təşkilatlar ilə danışıqların aparılması və bu təşkilatların təsdiqinin təmin edilməsi;
-
Qarantiya və akkreditivlər üzrə müvafiq əməliyyatların BƏS-də aparılması;
-
Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
-
Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər:
-
Ali Təhsil;
-
Lazımi tapşırıqları dəqiq və vaxtında şöbənin rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
-
Analitik düşüncə qabiliyyətinə malik olmaq;
-
Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
-
Kredit əməliyyatlarla birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq;
-
İngilis dilində səlis danışıq və yazı bacarığı;
-
Sənədli əməliyyatlarla birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.