RM Factory üzrə kiçik mütəxəssis (Bizdən Biri Proqramı)
Son tarix 23 dek 2021
Öhdəliklər:
-
SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
-
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
-
Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
-
Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
-
Görülmüş işlər üzrə hesabatlar vermək və s.
Tələblər:
-
Ali təhsil;
-
Təqdimetmə bacarığı;
-
Kommunikasiya bacarığı;
-
Sərbəst danışıq;
-
Məntiqi düşüncə;
-
Azərbaycan dilində səlis oxumaq və yazmaq bacarığı;
-
Korporativ dəyərlərə uyğun olmaq.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Telemarketinq bölməsində Kiçik mütəxəssis
Son tarix 23 dek 2021
Öhdəliklər:
-
Müştərilərə kredit, taksit, birbank və s. məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək;
-
Müştərilərə müxtəlif sorğuların keçirilməsi ilə bağlı zənglər etmək;
-
Müştərilər tərəfindən kredit məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq;
-
Potensial müştəriləri təhlil etmək və rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək;
-
Potensial müştəriləri Bankın filiallarına yönləndirmək və kredit verilməsi prosesini sona qədər təqib etmək və s.
Tələblər:
-
Ali təhsil;
-
Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
-
Microsoft Office proqramları üzrə biliklər;
-
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
-
Təzyiq altında işləmə qabiliyyəti;
-
Qərar qəbuletmə bacarığı;
-
Kollektivdə işləmə bacarığı;
-
Müştərilərlə danışma qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Müştərilərlə iş üzrə kiçik mütəxəssis (regionlar)
Son tarix 23 dek 2021
Balakən, Goranboy, Cəlilabad, Masallı, Neftçala, Salyan,Şəmkir, Xaçmaz, Hacıqabul, Şirvan və Beylaqan
Öhdəliklər:
-
Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
-
Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
-
Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
-
Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
-
Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
-
Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
-
Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
-
Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.
Tələblər:
-
Ali təhsil;
-
Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
-
Azərbaycan dilində sərbəst danışmaq bacarığı
-
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
-
Gərgin iş qrafikində işləmək bacarığı;
-
Əla ünsiyyət bacarıqları;
-
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kiçik əməliyyatçı-kassir (Cənub, Xaçmaz, Qazax və Xızı)
Son tarix 23 dek 2021
Öhdəliklər:
-
Müştərilərə xidmət;
-
Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
-
Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
-
Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
-
Ödəniş kartları üzrə əməliyyatların aparılması və s.
Tələblər:
-
Ali təhsil;
-
Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
-
Səlis Azərbaycan dili biliyi;
-
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
-
Gərgin iş qrafikində işləmək bacarığı;
-
Əla ünsiyyət bacarıqları;
-
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Məlumat xidməti / Reception (Yevlax, Ağsu, Yardımlı, Zaqatala və Bərdə)
Son tarix 23 dek 2021
Öhdəliklər:
-
Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
-
Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
-
Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
-
Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
Tələblər:
-
Ali təhsil
-
Səbirli, təmkinli, təzyiqə davamlı
-
Ünsiyyətqurma və izahetmə qabiliyyəti
-
Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
-
MS Office proqramları üzrə biliklər
-
Əla ünsiyyət bacarıqları
-
Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.