Ümumi məlumat:
Kapital Bank namizədləri Nəzarət departamentinin Xarici Nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə şöbənin fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
• Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, şöbənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
• Gündəlik aparılan əməliyyatların düzgün hesablar üzrə formalaşması ,müvafiq hesablardan düzgün istifadə ,qalıqlara nəzarətin gücləndirilməsinə nəzarət edir.
• Bankın tranzit hesablarına düzgün nəzarətini təşkil etmək üçün ümumi mühasibat uçotu qaydaları və daxili prossedur qaydalarına riayət edilməsini təmin edir.
• Yeni qurulan biznes prosseslər üzrə mühasibatlıq modellərinin hazırlanmasını təmin edir.
• Şöbənin gündəlik fəaliyyətinin effektiv aparılması üçün lazımı hesabatların hazırlanmasını təmin edir.
• Şöbə rəisi tərəfindən tələb olunan lazımi məlumatları və hesabatları tərtib etmək.
• Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək.
• Bank əməliyyatları üzrə proseslərin analizını həyata keçirmək.
• Şöbə əməkdaşlarının işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək .
Tələblər:
• Ali təhsil
• Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili
• İqtisadiyyat, maliyyə, mühasibatlıq və audit ixtisaslar üzrə təhsil
• Göstərilmiş sahədə 2 ilədək təcrübə
• Excel üzrə biliklər
• Dəqiq və məsuliyətli olmaq, detallara fikir vermək qabiliyyəti
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “Xarici nəzarət şöbəsinin aparıcı mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz.
Ümumi məlumat:
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
Tələblər:
• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi
• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
• Məsuliyyətlilik və dəqiqlik;
• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Bank qanunvericiliyini
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “KOS kreditlərin təhlili üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.
İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Əməkdaşların fəaliyyət qiymətləndirilməsini həyata keçirmək
• Əməkdaşların illik fəaliyyət göstəricilərinin təhlili etmək
• HR proseslər üzrə analiz aparmaq (HR metriklər üzrə hesabatlar və təhlillər aparmaq).
• Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq hesablamaları aparmaq
• Fəaliyyət göstəricilərinin təhlili zamanı istifadə olunan hesabatları optimallaşdırmaq
• HR layihələrdə iştirak etmək
• Əməkdaşların motivasiya istiqamətləri üzrə təkliflər vermək
• Ehtiyaclara uyğun olaraq əməkdaşların motivasiya paketini hazırlamaq
• Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək
• Əmək müqaviləsi, Bankın Nizamnaməsi, bankın idarəetmə orqanlarının və/ və ya departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən digər səlahiyyətləri həyata keçirmək
• Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək
• Əmək müqaviləsi ilə nəzərdə tutulmuş hüquqlarına riayət edilməsini tələb etmək.
Tələblər:
• Ali (bakalavr/magistr) təhsili
• İnsan Resurslarının İdarə edilməsi sahəsində müəyyən biliklərə və minimum 2-3 illik iş təcrübəsinə malik olmaq
• Performansın idarə edilməsi prosesi barədə məlumatlı olmaq
• HR metrikləri barədə məlumatlı olmaq
• Komandada işləmək bacarığı
• Azərbaycan dilini mükəmməl, rus dilini və ingilis dillərini yaxşı səviyyədə bilmək
• MS Office, Excel və İnternet resursları ilə işləmə bacarığı olmaq
• Ünsiyyətqurma bacarıqları
• Məsuliyyətli, diqqətli olmaq
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “Qiymətləndirmə və motivasiya şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz.