Ümumi məlumat
Kapital Bank namizədləri KOS və korporativ bankçılıq sahəsinin proseslər üzrə eksperti vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Məhsulun yaradılması, funksionallığın hazırlanması zamanı müvafiq proseslərin qurulması və mövcud proseslər üzrə optimizasiya işlərinin aparılması
• Sprint ərzində hazırlanan funksionallığın və proseslərin test edilməsi
• Məhsullar üzrə zəruri prosedurların və digər normativ xarakterli sənədlərin yazılması
Tələblər
• Biznes proseslərin sənədləşdirilməsi üzrə ilkin biliklər
• Bank məhsul və prosesləri üzrə biliklər
• Analitik düşüncə
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Kiçik və orta sahibkarlarla iş departamentinin KOS (SME) satışlar şöbəsi üzrə mütəxəssis/ aparıcı mütəxəssis / baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
• Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
• SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər:
• Maliyyə, iqtisadiyyat, bankçılıq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
• Səlis Azərbaycan dili (Rus və/ və ya İngilis dili biliyi arzuolunandır);
• Ünsiyyət və əlaqələr qurmaq qabiliyyəti;
• Yüksək səviyyədə satış etmək bacarığı;;
• Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
Təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızda qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.